...

Abel Məhərrəmov BDU-nun professorunun korrupsiya cinayətinə görə həbs edilməsi məsələsinə münasibət bildirib

Cəmiyyət Materials 7 May 2012 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Bakı Dövlət Universitetinin rektoru rəhbərlik etdiyi təhsil ocağının professorunun korrupsiya cinayətinə görə həbs edilməsi məsələsinə münasibət bildirib.

"Mən ezamiyyətdən bu gün səhər qayıtmışam. Bu barədə səhər qəzetlərdən öyrənmişəm. BDU-nun professoru ilə bağlı məsələ araşdırılacaq. Əgər korrupsiya cinayəti törədilibsə, hüquq-mühafizə orqanları araşdıracaqlar. Amma qəzetdə adı çəkilən beynəlxalq iqtisadi əlaqələr fakültəsi BDU-da yoxdur. Bu kimi məsələlərlə bağlı dəqiqləşdirmə aparmağa ehtiyac var", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

Məhərrəmov deyib ki, bu məsələ xoşagələn hal deyil, amma hadisəni araşdırmaq və tədbirlər görmək lazımdır.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlu korrupsiya cinayətinə görə həbs edilib.

Xəbər lenti

Xəbər lenti