...

Müsadirə olunmuş 600 kiloqramdan artıq narkotik vasitə məhv ediləcək

Cəmiyyət Materials 5 İyun 2012 11:43 (UTC +04:00)
Azərbaycanda müsadirə olunmuş 600 kiloqramdan artıq narkotik vasitə məhv ediləcək.
Müsadirə olunmuş 600 kiloqramdan artıq narkotik vasitə məhv ediləcək

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda müsadirə olunmuş 600 kiloqramdan artıq narkotik vasitə məhv ediləcək.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Trend-ə verilən məlumata görə, iyunun 22-də Bakı Neft Maşınqayırma Zavodunda 2010-2011-ci illərdə məhkəmə hökmləri ilə müsadirə olunan narkotik vasitələr yandırılacaq.

İşçi Qrupundan bildirilib ki, müsadirə olunmuş narkotiklərin böyük əksəriyyətini ağır tərkibli narkotiklər - heroin, marixuana, tiryək, həşiş qətranı təşkil edir.

Xəbər lenti

Xəbər lenti