...

Bakıda orta məktəb məzunları üçün buraxılış gecəsi təşkil olunacaq

Cəmiyyət Materials 21 İyun 2012 14:55 (UTC +04:00)
İyunun 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakıda möhtəşəm buraxılış gecəsi təşkil olunacaq.
Bakıda orta məktəb məzunları üçün buraxılış gecəsi təşkil olunacaq

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakıda möhtəşəm buraxılış gecəsi təşkil olunacaq.

Trend-in cümə axşamı idarənin rəsmi saytına istinadən verdiyi məlumata görə, gecənin Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub. Gecədə 4 minə yaxın Bakı məzunu iştirak edəcək. Möhtəşəm gecə 2 hissədən ibarət olacaq.

Birinci - rəsmi hissədə təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva və gecəyə dəvət olunan mötəbər qonaqlar məzunları təbrik edəcəklər. Eyni zamanda, bu il qızıl medala layiq görülən 20 Bakı məzunu təltif olunacaq.

İkinci - bədii hissədə yerli və xarici estrada ulduzlarının çıxışlarından ibarət konsert olacaq. Tədbirin sonunda məzunlar üçün diskotekanın keçirilməsi nəzərdə tutulur. Buraxılış gecəsi gecə radələrinədək davam edəcək.

Xatırladaq ki, buraxılış gecəsinin keçirilməsi ənənəsi keçən il BŞTİ tərəfindən qoyulub. İlk dəfə 2010/2011-ci tədris ilində məzunlar üçün iyun ayının 30-da "Buta Palace"-də buraxılış gecəsi təşkil olunmuşdu.

Xəbər lenti

Xəbər lenti