...

Qarşıdakı illərdə Qafqazda zəlzələ riski bir qədər də arta bilər

Cəmiyyət Materials 22 İyun 2012 13:02 (UTC +04:00)
Ehtimal olunur ki, proses bu cür davam edərsə, qarşıdakı illərdə regionda zəlzələ riski bir qədər də arta bilər.
Qarşıdakı illərdə Qafqazda zəlzələ riski bir qədər də arta bilər

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Ehtimal olunur ki, proses bu cür davam edərsə, qarşıdakı illərdə regionda zəlzələ riski bir qədər də arta bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində сümə günü ölkə ərazisinin müasir geodinamik vəziyyətinə dair keçirilən mətbuat konfransında AMEA Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.

"Alimlər Azərbaycan və ətraf ərazilərdə apardıqları GPS tədqiqatları ilə müşahidə ediblər ki, Ərəbistan plitəsi Qafqaz ərazisini sıxır və deformasiyalara məruz qoyur. Odur ki, Azərbaycanın şərqində, daha dəqiq, Bakı ətrafında yer qabığında deformasiya enerjisinin toplanması prosesi müəyyən edilib. Ehtimal olunur ki, proses bu cür davam edərsə, qarşıdakı illərdə regionda zəlzələ riski bir qədər də arta bilər", - o deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan alimləri Kür ovalığının şimalında (Böyük Qafqaz sıra dağlarının cənub yamacında) və Abşeron yarımadasının cənubunda yer qabığının deformasiyaya uğradığını müşahidə edirlər.

"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ilə ABŞ-ın Massaçusets Texnoloji İnstitutu (MTİ) 1998-ci ildən başladıqları kosmik tədqiqatların hazırkı mərhələsində belə qənaətə gəliblər ki, qeyd edilən ərazilərdə böyük gərginlik toplanır", - o deyib.

Əlizadə, eyni zamanda, ölkədə şiddətli zəlzələ gözlənilmədiyini də deyib.

Xəbər lenti

Xəbər lenti