...

Azərbaycanın bəzi rayonlarında temperatur 37 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 22 İyun 2012 13:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın bəzi rayonlarında temperatur 37 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bəzi rayonlarında sabah 37 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 18-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Xəbər lenti

Xəbər lenti