...

Azərbaycanda bu ilin məzunları üçün sonuncu buraxılış imtahanı keçirilir

Cəmiyyət Materials 29 İyun 2012 10:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
Azərbaycanda bu ilin məzunları üçün sonuncu buraxılış imtahanı keçirilir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, hər bir rayon üzrə saat 10:00-da XI siniflər, 15:00-da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

İyunun 29-da saat 10:00-da orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 53 imtahan mərkəzi ayrılıb. İyunun 29-da adıçəkilən rayonlar üzrə 11597 nəfər XI sinif şagirdinin (Lənkəran şəhərində 1838, Astara rayonunda 1004, Masallı rayonunda 1526, Lerik rayonunda 477, Yardımlı rayonunda 658, Cəlilabad rayonunda 1813, Şirvan şəhərində 794, Salyan rayonunda 1190, Neftçala rayonunda 717, Hacıqabul rayonunda 579, Biləsuvar rayonunda 1001) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

İyunun 29-da saat 15:00-da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 53 imtahan mərkəzi ayrılıb. Həmin gün imtahan keçiriləcək rayonlar üzrə 19365 nəfər IX sinif şagirdinin (Lənkəran şəhərində 2556, Astara rayonunda 1547, Masallı rayonunda 2683, Lerik rayonunda 842, Yardımlı rayonunda 1119, Cəlilabad rayonunda 3378, Şirvan şəhərində 1162, Salyan rayonunda 2003, Neftçala rayonunda 1088, Hacıqabul rayonunda 993, Biləsuvar rayonunda 1994) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan ediləcək.

Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyulun 4-də buraxılış imtahanı verəcəklər.

Xəbər lenti

Xəbər lenti