...

Bu il Azərbaycanda 33 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib

Cəmiyyət Materials 27 İyul 2012 09:31 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin 1-ci yarımili ərzində 46812 avtomobil ilkin qeydiyyata alınıb.
Bu il Azərbaycanda 33 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib

Azərbaycan, Bakı, 27 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bu il ölkədə 32949 nəfərə sürücülük vəsiqələri verilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin 1-ci yarımili ərzində 46812 avtomobil ilkin qeydiyyata alınıb.

Hesabat dövründə "Siqnal" İLİ tərəfindən 13 svetofor obyekti quraşdırılıb, 3170 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 739.450 pm cizgiləmə işi aparılıb.

Xəbər lenti

Xəbər lenti