...

Ermənistanda sosial təminat sahəsində biabırçı faktlar aşkarlanıb

Cəmiyyət Materials 3 Oktyabr 2012 15:59 (UTC +04:00)
Əlillik dərəcəsinin müəyyənləşdirilməsində biabırçı faktların aşkar edilməsi ilə əlaqədar Ermənistanın Əmək və Sosial Təminat Nazirliyində müşavirə keçirilib.
Ermənistanda sosial təminat sahəsində biabırçı faktlar aşkarlanıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Əlillik dərəcəsinin müəyyənləşdirilməsində biabırçı faktların aşkar edilməsi ilə əlaqədar Ermənistanın Əmək və Sosial Təminat Nazirliyində müşavirə keçirilib. Bu barədə Trend çərşənbə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

Müşavirədə çıxış edən Ermənistanın Baş naziri Tiqran Sarkisyan deyib ki, bu faktları Baş nazirin Nəzarət Xidməti aşkar edib.

Məlumata görə, hər il 65-70 min nəfərin Tibbi-Sosial Ekspertiza Agentliyinə işi düşür ki, burada onlardan əlilliyin təyin edilməsi üçün pul tələb olunur.

"Əlilliyi olan şəxslər əksər hallarda onlardan pul tələb ediləcəyini əvvəlcədən bilirlər. Hazırda dövlət səviyyəsində korrupsiya ilə mübarizə aparıldığı bir vaxtda belə faktlar dövlət xidmətlərində aşkar edilib. Siz təcrübəli əməkdaşlarsınız, necə olub ki, baş verənlərdən xəbər tutmamısınız? Bu məni qəzəbləndirir. Mən dərhal agentlik rəhbərinin istefasını tələb edirəm", - Baş nazir vurğulayıb.

O həmçinin deyib ki, bu sahədə mütəmadi olaraq korrupsiya halları baş verir.

Agentlik rəhbəri Mixail Vanyan isə jurnalistlərə deyib ki, 10 il ərzində strukturun əsasını qoyub. Baş nazirin istefa tələbinə toxunan Vanyan bunu şərh etməyib və əlavə edib ki, normal nəsil dəyişmə prosesi gedir.

Xəbər lenti

Xəbər lenti