...

Azərbaycanda əhalinin məşğulluğu sahəsində əldə olunan nailiyyətlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2012 18:34 (UTC +04:00)
Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa Məşğulluq Forumu başa çatıb. Bu barədə çərşənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Azərbaycanda əhalinin məşğulluğu sahəsində əldə olunan nailiyyətlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa Məşğulluq Forumu başa çatıb. Bu barədə çərşənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov bildirib ki, Avropada gənclərin məşğulluğu məsələsinin önə çəkildiyi Forumun istər sərgi, istərsə də konfrans hissəsində Azərbaycanla bağlı təqdimatlar iştirakçılar tərəfindən böyük maraq hissi ilə qarşılanıb.

Avropada gənclərin məşğulluğu probleminin həlli, əmək bazarı islahatlarında KİV-in rolu, təşkilati islahatlar, ahıl və yaşlı insanların məşğulluğunun təmin olunması - ömürboyu təhsil, gənclərin işsizliyi, əvvəllər məhkumluğu olmuş insanların sosial reabilitasiyası və s. məsələlər Forumun əsas müzakirə mövzuları olub.

Tədbirin əhəmiyyətli hissəsi kimi təşkil olunan sərgidə təqdim olunan Azərbaycan stendində ölkəmizin sosial-iqtisadi inkişafı, o cümlədən yeni iş yerlərinin yaradılması, işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, peşə hazırlığı və s. barədə materiallar nümayiş olunub. Eyni zamanda, nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov "İşçi qüvvəsinin inkişafı yönündə fəaliyyətlər" mövzusunda geniş təqdimatla çıxış edərək, ölkəmizdə əmək bazarının mövcud vəziyyəti, yeni iş yerlərinin açılması, işsizliyin və yoxsulluğun azaldılması sahəsində inkişaf dinamikası, həyata keçirilən aktiv sosial müdafiə tədbirləri, sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər və s. barədə ətraflı məlumatlar verib.

Forumda 26 ölkəni təmsil edən 400-ə yaxın nümayəndənin böyük əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq ölkəmizdə məşğulluq sahəsində görülən və gələcəkdə görülməsi planlaşdırılan işlərlə tanış olub, respublikada bu sahədə əldə olunan nailiyyətləri yüksək dəyərləndiriblər.

Həmçinin, Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ayrı-ayrı ölkələrin nümayəndə heyətləri arasında yeni əməkdaşlıq əlaqələri qurulub, Avropa məkanında iş axtaran və işsiz vətəndaşların məşğulluğunun təminatında yeni innovativ yanaşmaların tətbiqi, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsi və s. barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti