...

Bakıda avtodayanacağın tikintisi zamanı ölüm hadisəsi ilə bağlı müvafiq ekspertizalar təyin edilib

Cəmiyyət Materials 24 Yanvar 2013 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda avtodayanacağın tikintisi zamanı ölümlə nəticələnən uçqun hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü(tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, yanvarın 23-də saat 03:00 radələrində Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında "Azure-Parkinq" şirkəti tərəfindən inşa edilən avtodayanacağın tikintisi zamanı daş hasarın uçması nəticəsində 1983-cü il təvəllüdlü Alıyev Firqət İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Dadaşov Samir Məhərrəm oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nicat Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1978-ci il təvəllüdlü Qurbanov Ələsgər Arif oğlu isə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə ölüb.

Xətai rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti