...

Əbülfəs Qarayev: Azərbaycanın bir necə rayonunda mədəni irsin dağılması narahatedicidir

Cəmiyyət Materials 15 Mart 2013 11:16 (UTC +04:00)
Azərbaycanın bir necə rayonunda qorunması vəzifə borcumuz olan mədəni irsin dağılması hələ də müşahidə edilir və bu bizi narahat edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cümə günü "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" mövzusunda keçirilən müşavirədə deyib.
Əbülfəs Qarayev: Azərbaycanın bir necə rayonunda mədəni irsin dağılması narahatedicidir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bir necə rayonunda qorunması vəzifə borcumuz olan mədəni irsin dağılması hələ də müşahidə edilir və bu bizi narahat edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cümə günü "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" mövzusunda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu kimi problemlərinin həlli üçün insanlar özləri çalışmalıdırlar.

"Kimsə elə fikirləşməsin ki, Azərbaycan dövləti elə güclü olduğu üçün bütün muzeyləri, kitabxanaları bir anda yenidən salacaq, işçilər hamısı kinolarda gördüyümüz kimi, müasir normal ofisə girib oradan mədəniyyəti idarə edəcəklər. Mən düşünürəm ki, müəyyən dövrdə bu problemlər hələ də olacaq. Bu problemlərin həlli üçün yeni strateji məsələlər barədə düşünməliyik",- nazir deyib.

O qeyd edib ki, narahatedici məsələlərdən biri də kadr çatışmazlığı, kitabxana şəbəkəsinin pisləşməsidir.

Nazir bununla belə, bu gün Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə cox böyük nüfuza malik olduğunu da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti