...

Milli Məclsidə yeni komitənin yaradılması təklif olunub

Cəmiyyət Materials 5 Aprel 2013 13:09 (UTC +04:00)
Parlament komitəsi müxtəlif audit şirkətləri ilə müqavilə bağlayaraq büdcənin icra vəziyyətini yoxlaya bilər. Belə yoxlamalar korrupsiyaya qarşı mübarizədə effektiv ola bilər.
Milli Məclsidə yeni komitənin yaradılması təklif olunub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə büdcə komitəsinin yaradılması təklif olunub.

Trend-in məlumatına görə, deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının hesabatının müzakirəsi zamanı bu təkliflə çıxış edib.

"Parlament komitəsi müxtəlif audit şirkətləri ilə müqavilə bağlayaraq büdcənin icra vəziyyətini yoxlaya bilər. Belə yoxlamalar korrupsiyaya qarşı mübarizədə effektiv ola bilər", - o deyib.

Deputat Qüdrət Həsənquliyev müzakirələr zamanı bildirib ki, hesabatda kifayət qədər büdcə vəsaitinin mənimsənilməsi faktları qeyd olunub. Bu qanun pozuntularına yol verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. "Cəza başqalarının həmin cinayəti etməkdən çəkindirməlidir", - o deyib.

Spiker Oqtay Əsədov bu çıxışa münasibət bildirərək deyib ki, cinayət işi qaldırmaq Hesablama Palatasının işi deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti