...

Azərbaycanda normativ tələblərin pozulmasına görə nəqliyyat vasitələrinə nəzərdə tutulan cərimələr artırılır

Cəmiyyət Materials 5 Aprel 2013 13:09 (UTC +04:00)
Nəqliyyat vasitələrinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsinə görə nəzərdə tutulan cərimələr artırılır. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 155.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimənin məbləğinin 50 manatdan 150 manata qaldırılması barədə qanun layihəsi hazırlanıb.
Azərbaycanda normativ tələblərin pozulmasına görə nəqliyyat vasitələrinə nəzərdə tutulan cərimələr artırılır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Nəqliyyat vasitələrinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsinə görə nəzərdə tutulan cərimələr artırılır. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 155.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimənin məbləğinin 50 manatdan 150 manata qaldırılması barədə qanun layihəsi hazırlanıb.

Məlumata görə, həmçinin "Yol hərəkəti haqqında" qanuna da əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi də parlamentin müzakirəsinə təqdim edilib.

Qanun layihəsində qanunun 35-ci maddəsinin 8-ci hissəsində dəyişiklik edilməsi nəzərdə tutulur.

Sözügedən hissənin aşağıdakı redaksiyada verilməsi təklif olunur.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;

4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.

Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunda həmin maddənin 8-ci hissəsi aşağıdakı kimidir:

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti