...

Bu ilin yayına kimi Bakının 10-dan artıq qəsəbəsi içməlu su ilə təmin ediləcək

Cəmiyyət Materials 10 Aprel 2013 14:30 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu ilin yay aylarına kimi Bakının 10-dan artıq qəsəbəsinin içməlu su ilə təmin edilməsini planlaşdırır.
Bu ilin yayına kimi Bakının 10-dan artıq qəsəbəsi içməlu su ilə təmin ediləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu ilin yay aylarına kimi Bakının 10-dan artıq qəsəbəsinin içməlu su ilə təmin edilməsini planlaşdırır.

Trend-in məlumatına görə, çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisinə (CATEF-2013) həsr edilmiş mətbuat konfransında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirib ki, 2011-2013-cü illərdə Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Çeyranbatanda "Azərsu" SC Abşeron yarımadasında yeni texnologiyalara əsaslanan yeni təmizləyici qurğu tikilir.

Onun sözlərinə görə, bu gün Bakının şərq hissəsindəki qəsəbələrin bir coxunda icməli su təchizatı ilə bağlı çətinliklər var, mərkəzləşdirilmiş qaydada su təchizatı yoxdur. Orada əhali icməli su kimi qrunt sularından və yaxud maşınlardan alınmış sulardan istifadə edirlər.

"Biz qarşımıza məqsəd qoymuşuq ki, yeni qurğu tikilsin. Oradan Ceyranbatan, Balaxanı, Ramana, Zirə, Pirallahı istiqamətinə magistral su xətti çəkilsin və mərkəzləşdirilmiş su və kanalızasiya şəbəkəsi yaradılsın. Artıq bu istiqamətdə xeyli işlər görülüb",-Cəbrayıllı deyib.

O qeyd edib ki, görülmüş işlər nəticəsində Bakının şərq hissəsində yaşayan 500 mindən artıq insanın icməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Onların böyük hissəsi fasiləsiz su ilə təmin olunacaq.

Cəbrayıllı qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilənə qədər Bakı əhalisinin təxminən 34 faizi icməli su ilə fasiləsiz təmin edilirdi. Artıq bu göstərici 60 faizi ötüb.

"Azərsu" rəsmisinin sözlərinə görə, bu gün Azərbaycanın 38 rayonunda su və kanalızasiya layihələri icra edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti