...

Azərbaycanda yeni həftənin ilk günü günəşli olacaq

Cəmiyyət Materials 14 Aprel 2013 18:50 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində yağmursuz isti hava şəraiti davam edəcək.
Azərbaycanda yeni həftənin ilk günü günəşli olacaq

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Sabah Azərbaycan ərazisində yağmursuz isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aprelin 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda gecə 7-9 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti