...

Ekologiya Nazirliyi Sumqayıtda ağacların qırılması ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 15 Aprel 2013 15:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, Azərbaycan prospekti, 18-ci məhəllədə, C.Cabbarlı adına Mədəniyyət Evi ilə üzbəüz ərazidə zeytun və şam ağaclarının kəsilməsi ilə bağlı daxil olmuş siqnal əsasında hadisə yerində araşdırma aparıb.
Ekologiya Nazirliyi Sumqayıtda ağacların qırılması ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, Azərbaycan prospekti, 18-ci məhəllədə, C.Cabbarlı adına Mədəniyyət Evi ilə üzbəüz ərazidə zeytun və şam ağaclarının kəsilməsi ilə bağlı daxil olmuş siqnal əsasında hadisə yerində araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, araşdırma zamanı yaşıllıq sahəsində yaş köküstə diametri 30-52 sm olan 4 ədəd Eldar şamı və diametri 16 sm olan 5 ədəd zeytun ağacının qanunsuz kəsildiyi aşkar edilib. Baxış zamanı ərazidə texnika vasitəsilə torpaq qazma və hamarlama işləri aparıldığından digər ağac və kol cinslərinin kəsilməsini və ya kökündən çıxarılmasını müəyyən etmək mümkün olmayıb.

Qeyd olunan faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib, təqsirkarın müəyyənləşdirilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər prokurorluğuna və Polis İdarəsinə müraciət olunub.

Ərazi ETSN əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti