...

TQDK-nın təcrübəsindən Tacikistanda istifadə edilir

Cəmiyyət Materials 16 Aprel 2013 13:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komisisyası (TQDK) tərəfindən test imtahanlarının keçirilməsi təcrübəsindən Tacikistanda istifadə edilir.
TQDK-nın təcrübəsindən Tacikistanda istifadə edilir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası (TQDK) tərəfindən test imtahanlarının keçirilməsi təcrübəsindən Tacikistanda istifadə edilir.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, TQDK-nın ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Samirə Həsənzadə Tacikistanın Milli Test Mərkəzinin dəvəti ilə beynəlxalq məsləhətçi kimi həmin ölkəyə səfər edib.

Səfərin əsas məqsədi Milli Test Mərkəzinin Tacikistanda keçirəcəyi pilot test imtahanına hazırlıq üzrə görülmüş işlər və qarşıda duran vəzifələrlə tanışlıq, işlərin səmərəli təşkili üçün məsləhətlərin verilməsi, TQDK-nın bu sahədəki təcrübəsinin qarşı tərəfin diqqətinə çatdırılması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti