...

Bu gün Bakının bəzi rayonlarında su olmayacaq

Cəmiyyət Materials 6 İyun 2013 10:44 (UTC +04:00)
6 iyun 2013-cü il tarixində gün ərzində paytaxtın Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Bu gün Bakının bəzi rayonlarında su olmayacaq

Azərbaycan, Bakı, 6 iyun /Trend/

6 iyun 2013-cü il tarixində gün ərzində paytaxtın Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən xəbər verilib.

Buna səbəb Bakının Yasamal rayonu ərazisində magistral su xətləri üzərində sayğacların quraşdırılması işlərinin aparılmasıdır.

Məlumatda bildirilir ki, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "+70 Dədə Qorqud" su anbarının çıxış xətlərindən birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 iyun 2013-cü il tarixində Hövsan qəsəbəsinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcəkdir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti