...

Bakı sürücülərinə şad xəbər: yeni yol istifadəyə veriləcək

Cəmiyyət Materials 8 İyun 2013 10:49 (UTC +04:00)
Bakıda Tbilisi prospektinin Şəfahət Mehdiyev və Həsən Əliyev küçələri ilə kəsişməsindəki dairədən İzmir prospekti ilə kəşişməsinə qədər olan hissədə yol bağlanıb.
Bakı sürücülərinə şad xəbər: yeni yol istifadəyə veriləcək

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda Tbilisi prospektinin Şəfahət Mehdiyev və Həsən Əliyev küçələri ilə kəsişməsindəki dairədən İzmir prospekti ilə kəşişməsinə qədər olan hissədə yol bağlanıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, təxminən 50 metr məsafədə beton bordürlər mərmər bordürlərlə əvəzlənir, köhnə asfalt beton örtüyü dünən gün ərzində qaşınaraq çıxarılıb: "Bu gün yeni asfalt beton örtüyünün birinci qatının vurulması işləri gedir. Yəqin ki, günün sonuna qədər asfalt beton örtüyünün vurulması başa çatdırılacaq".

Mürsəliyev deyib ki, sabahdan etibarən ikinci qat asfalt örtüyünün vurulmasına başlanılacaq.

Onun sözlərinə görə, təxminən iyunun 11-dək həmin 500 metrlik bağlanmış ərazidə işlər ümumilikdə başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti