...

Pakistan mətbuatında 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub

Cəmiyyət Materials 17 Yanvar 2014 12:33 (UTC +04:00)
Pakistanın nüfuzlu ingilisdilli DNA NEWS informasiya egentliyi və "Centreline" jurnalında tanınmış jurnalist Əli Furqanın 20 Yanvar hadisələrinə həsr edilmiş "20 Yanvar 1990 - Azərbaycanın Ümümxalq Hüzn Günüdür" adlı məqaləsi dərc olunub.
Pakistan mətbuatında 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir S.Əhmədova/

Pakistanın nüfuzlu ingilisdilli DNA NEWS informasiya egentliyi və "Centreline" jurnalında tanınmış jurnalist Əli Furqanın 20 Yanvar hadisələrinə həsr edilmiş "20 Yanvar 1990 - Azərbaycanın Ümümxalq Hüzn Günüdür" adlı məqaləsi dərc olunub.

Trend-in Azərbaycanın Pakistandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, məqalədə Sovet İttifaqının süquta uğraması zamanı erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlığ Qarabağın Ermənistana birləşdirmək niyyətinin olduğu və bu məkrli istəklərini həyata keçirtmək üçün SSRİ-nin rəhbəri M.Qorbaçovun dəstəyini aldıqları vurğulanıb. Ermənistanda keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988-ci il ərzində oradan 300 yüz min azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanıb. Qeyd edilib ki, bunlara etiraz əlaməti olaraq azərbaycanlılar Bakı və digər şəhərlərin meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərib və müstəqil Azərbaycan şüarları ilə çıxış ediblər.

Əli Furqan 1990-cı il yanvarın 20-si tarixində Sovet ordusunun böyük kontingentinin Bakıya daxil olduğu və törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verib. Bu aksiyanın SSSR-i və Azərbaycan SSR-i konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Əməliyyatdan öncə Azərbaycan TV-nin enerji bloku partladılmış, nəticədə insanlar informasiyadan təcrid olunmuşdu. Eyni zamanda, fövqəladə vəziyyət ordunun əməliyyata başlamasından sonra elan edilib. Yazıda, bu aksiyanın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək niyyəti olduğu bildirilib.

Daha sonra, məqalədə bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, həyatına olan təhlükəyə baxmayaraq, nitq ilə çıxış edib və bu amansız aksiyanı qəti tənqid etməsi ilə Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarıb. Bununla o, azərbaycanlıların ürəyində inam hissinin daha da gücləndirib və nəticə etibarı ilə mərkəzi Sovet rəhbərliyinin planlarını alt-üst edib.

Yazıda şəhidlərin dəfn mərasiminə gələn bir milyonda çox insanın və bütün Azərbaycanın 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərməsi buna sübut kimi göstərilib.

Jurnalist yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğunu bildirib. 18 oktyabr 1991-ci ildə müstəqilliyə qovuşan Azərbaycanın Prezidenti Heydər Əliyevin 16 Dekabr 1999 il tarixli fərmanı ilə 20 yanvar qurbanlarına "20 Yanvar şəhidləri" statusu verilib.

Yazının sonunda Azərbaycan xalqının Ana Vətənin azadlığı uğrunda həyatlarını qurban vermiş oğul və qızlarının xatirələrini əziz tutduğu bildirilib. Vurğulanıb ki, hər ilin yanvarın 20-də yüz minlərlə insan şəhidlərə öz ehtiramını bildirmək üçün şəhərin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti