...

Yevlax gəncləri bir araya gəlib

Cəmiyyət Materials 1 Fevral 2014 18:22 (UTC +04:00)
2 fevral “Gənclər günü” ilə bağlı Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının Gənclər Birliyi tərəfindən ziyafət təşkil olunub.
Yevlax gəncləri bir araya gəlib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

2 fevral "Gənclər günü" ilə bağlı Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının Gənclər Birliyi tərəfindən ziyafət təşkil olunub.

Yerli musiqi kollektivlərinin ifasında mahnılar səsləndirilib. Gənclər rəqs ediblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev "Gənclər günü"nün qeyd olunmasının əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının 7 min 900 üzvü var. Onlardan 2 min nəfəri gənclərdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaq istəyən bir neçə gəncə vəsiqələr verildi. 12 gəncə isə partiya sıralarında və ümumşəhər toplantılarında fəal iştirakına görə fəxri fərmanlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti