...

"Excelsior Hotel Baku" sevgililər gününə həsr olunmuş xüsusi proqram keçirəcək

Cəmiyyət Materials 3 Fevral 2014 20:58 (UTC +04:00)
14 fevral 2014-cü il tarixində "Excelsior Hotel Baku" hotelinin "Belveder" restoranında sevgililər gününə həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək.
"Excelsior Hotel Baku" sevgililər gününə həsr olunmuş xüsusi proqram keçirəcək

Azərbaycan, Bakı, 3 fevral /Trend/

14 fevral 2014-cü il tarixində "Excelsior Hotel Baku" hotelinin "Belveder" restoranında sevgililər gününə həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək.

Qonaqlar üçün maraqlı sürprizlər nəzərdə tutulmuş proqram saat 20.00-da başlayaraq 24.00-a qədər davam edəcək. Proqrama canlı musiqi, 4 növ (course) yemək, limitsiz içkilər, çay və qəhvə daxildir.

Xüsusi proqramda bir nəfər ücün iştirak giyməti 49 AZN təşkil edir. "Excelsior Hotel Baku" hotelinə 012 496 80 00 telefon nömrəsinə zəng vuraraq rezerv etmək mümkündür.

"Excelsior Hotel & Spa Baku" Ata Holding Şirkətlər Qrupuna daxildir və 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti