...

London metrosunun əməkdaşlarının tətil keçirməsi ciddi nəqliyyat problemlərinə yol açıb

Cəmiyyət Materials 5 Fevral 2014 17:09 (UTC +04:00)
Fevralın 5-də London metrosunun əməkdaşlarının tətil keçirməsi paytaxtda ciddi nəqliyyat problemlərinə yol açıb.
London metrosunun əməkdaşlarının tətil keçirməsi ciddi nəqliyyat problemlərinə yol açıb

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Fevralın 5-də London metrosunun əməkdaşlarının tətil keçirməsi paytaxtda ciddi nəqliyyat problemlərinə yol açıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Londonda küçələrə əlavə avtobuslar çıxarıldığına görə səhər saatlarında yollarda tıxaclar yaranıb.

Bir çox insan isə işə avtomobillərlə getmək məcburiyyətində qalıb.

Tətilə səbəb metro administrasiyasının stansiyalarında bütün kassaları bağlamaq və biletləri yalnız avtomat qurğular vasitəsilə satmaq barədə qərar olub. Buna görə də həmkarlar bu gün ikigünlük tətilə çıxıblar.

Metro rəhbərliyinin planı 953 əməkdaşın işdən azad edilməsinə gətirib çıxaracaq. Bilet kassalarının bağlanması ildə 81,5 milyon dollar qənaət etməyə imkan verəcək.

London Nəqliyyat İdarəsinin məlumatına görə, bir gün keçirilən tətil şəhər iqtisadiyyatına 50 milyon funt-sterlinq həcmində ziyan vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti