...

Bakıda yarımtikilidə baş vermiş partlayışla əlaqədar ətraf ərazilərə təbii qazın verilişi dayandırılıb

Cəmiyyət Materials 13 Fevral 2014 13:30 (UTC +04:00)
Metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında yarımtikilidə baş vermiş partlayışla əlaqədar ətraf ərazilərə təbii qazın verilişi dayandırılıb.
Bakıda yarımtikilidə baş vermiş partlayışla əlaqədar ətraf ərazilərə təbii qazın verilişi dayandırılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

Metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında yarımtikilidə baş vermiş partlayışla əlaqədar ətraf ərazilərə təbii qazın verilişi dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qaz təchizatının dayandırılması ərazidə aparılan təmir-bərpa işləri ilə əlaqədardır və gün ərzində işlər yekunlaşdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq.

Fövqəladə Hallar Nazirliyi hadisənin dəqiq başvermə səbəblərini araşdırır.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında yarımtikilidə partlayış baş verib. Hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir. Partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Eləcə də yaxınlıqdakı avtomobillərə, ətrafdakı binalara da ziyan dəyib, pəncərələr sınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti