...

Azərbaycan ərazisində yağıntılar tədricən kəsiləcək

Cəmiyyət Materials 28 Fevral 2014 12:06 (UTC +04:00)
Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı, gündüz isə yağıntının tədricən kəsiləcəyi gözlənilir.
Azərbaycan ərazisində yağıntılar tədricən kəsiləcək

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı, gündüz isə yağıntının tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, martın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da martın 1-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 2-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti