...

Yol polisi Azərbaycanda bir gün ərzində 72 sərxoş sürücü aşkar edib

Cəmiyyət Materials 1 Aprel 2014 12:29 (UTC +04:00)
Ötən gün Azərbaycanda yol patrul xidməti əməkdaşları tərəfindən yol hərəkəti qaydaları əleyhinə 5921 inzibati xəta aşkar edilib.
Yol polisi Azərbaycanda bir gün ərzində 72 sərxoş sürücü aşkar edib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Ötən gün Azərbaycanda yol patrul xidməti əməkdaşları tərəfindən yol hərəkəti qaydaları əleyhinə 5921 inzibati xəta aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, martın 31-də yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə 72, avtomobildə sürücünün görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlıqların quraşdırılmasına görə 7 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Ötən gün avtomatik rejimdə işləyən nəzarət cihazları vasitəsilə sürət həddini aşdıqlarına görə sürücülərin iştirakı olmadan 2160 elektron protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti