...

KİV nümayəndələri ilə Azərbaycan Sülhməramlı qüvvələrinin bir qrup şəxsi heyətinin görüşü təşkil edilib (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2014 19:13 (UTC +04:00)
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə bu gün kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.
KİV nümayəndələri ilə Azərbaycan Sülhməramlı qüvvələrinin bir qrup şəxsi heyətinin görüşü təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə bu gün kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı hərbi qulluqçularımız sülhməramlı əməliyyatlarda iştirakları barədə təəssüratlarını bölüşüb, Azərbaycan Respublikasının NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi sahədə verdiyi töhfədən söz açıb və televiziya kanallarına müsahibələr veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti