...

Azərbaycanda vətəndaşlara avtomobillər üçün texniki baxış talonu satan şəxs tutulub

Cəmiyyət Materials 11 Aprel 2014 13:50 (UTC +04:00)
Bakı şəhər sakini avtomobil üçün 18 ədəd doldurulmamış texniki baxış talonları aşkar edilərək götürülüb.
Azərbaycanda vətəndaşlara avtomobillər üçün texniki baxış talonu satan şəxs tutulub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakini avtomobil üçün 18 ədəd doldurulmamış texniki baxış talonları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Adil Məmmədzadə vətəndaş Qismət Səfərova avtomobil üçün texniki baxış talonunu 80 manata satdığı üçün tutulub.

Aparılmış araşdırmalarla onun əvvəllər də vətəndaşlara qarşı dələduzluq edərək avtomobillərin texniki baxış talonlarının satışı ilə məşğul olması müəyyən edilib.

A.Məmmədzadədən əlavə olaraq 18 ədəd doldurulmamış texniki baxış talonları aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti