...

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə aksiyasına yekun vurulub (FOTO)

Cəmiyyət Materials 6 May 2014 15:23 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində ümummilli liderin adını daşıyan park-kompleksdə 91 mininci ağacı əkib.
Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə aksiyasına yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində ümummilli liderin adını daşıyan park-kompleksdə 91 mininci ağacı əkib.

Ağacəkmə aksiyası şəhərin üç istiqamətində həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin Göygöl, Şəmkir yolu, Yevlax istiqamətlərində girişlərində 91 min şam və çinar ağacı əkilib. Həmin ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb.

Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən universitetlər, idarə, müəssisə, ictimai birliklər və gənclər təşkilatları yaxından iştirak ediblər. Ərazilər alaq otlarından təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular qurlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti