...

Azərbaycan Tibb Universitetinin tələbələri üçün yenilik olacaq

Cəmiyyət Materials 10 Sentyabr 2014 14:47 (UTC +04:00)
Bu tədris ilindən başlayaraq Azərbaycan Tibb Universitetinin tələbələrinin dərsləri əsasən universitetin "Tibb şəhərciyi"ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək.
Azərbaycan Tibb Universitetinin tələbələri üçün yenilik olacaq

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu tədris ilindən başlayaraq Azərbaycan Tibb Universitetinin tələbələrinin dərsləri əsasən universitetin "Tibb şəhərciyi"ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək.

Universitetdən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olurdular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu.

Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedraları ATU-nun "Tibb şəhərciyi"ndə yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb.

Hazırda "Tibb şəhərciyi"ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji klinikalarla yanaşı, 5 əlavə tədris binası da fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti