...

Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2014 13:17 (UTC +04:00)
Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək.
Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək (FOTO)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsullarının çeşidinin artırılmasına da səy göstərilir.

Bu sahədə növbəti addım istehsalat sahəsi formalaşmaqda olan 11 saylı cəzaçəkmə müəssisəsində atılıb. Belə ki, burada xalça toxunuşunda istifadə olunan, xüsusi tələblərə cavab verən xanaların istehsalına başlanılıb.

Xanalardan 4 saylı cəzaçəkmə müəssisəsində mövcud olan xalça sexində istifadə olunması və eləcə də müvafiq istehsalla məşğul olan digər müəssisələrdən sifarişlər qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti