...

Bakının bu küçəsindən bir həftə keçmək olmayacaq

Cəmiyyət Materials 11 Dekabr 2014 13:06 (UTC +04:00)
Bakının mərkəzi küçələrindən biri bir həftə ərzində təmirə bağlı olacaq.
Bakının bu küçəsindən bir həftə keçmək olmayacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzi küçələrindən biri bir həftə ərzində təmirə bağlı olacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir). Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işlərininin bir həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti