...

Frattini Bakıya gələcək

Cəmiyyət Materials 10 Fevral 2015 16:02 (UTC +04:00)
Romada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçirilib.
Frattini Bakıya gələcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Romada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Romada İtaliyanın dövlət xadimi, ölkənin sabiq xarici işlər naziri, ədalət, azadlıq və təhlükəsizlik məsələləri üzrə Avropa komissarı (2004-2008), hazırda isə İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti Franko Frattini ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Mərkəzin təşkilatçılığı ilə fevralın 19-20-də Brüsseldə "Avropada etimadın bərpa olunması" mövzusunda keçiriləcək toplantı müzakirə edilib. Bu ilin aprel ayında Bakıda təşkil olunacaq III Açıq Cəmiyyətlər Forumuna hazırlıqlara dair geniş fikir mübadiləsi aparılıb. Hər iki tədbirin əhəmiyyətini yüksək qiymətləndirən F.Frattini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Brüssel toplantısında və Bakı Forumunda məmnuniyyətlə iştirak edəcəyini bildirib.

Müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirən F.Frattini ilə bu ilin noyabr ayında Romada təşkilatın xüsusi toplantısının keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Açıq Cəmiyyətlər Forumu və digər toplantılar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti