...

Allahşükür Paşazadə Məkkədə terrorla bağlı konfransda iştirak edəcək

Cəmiyyət Materials 20 Fevral 2015 17:06 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 21-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.
Allahşükür Paşazadə Məkkədə terrorla bağlı konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 21-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd İslam Aləmi Liqasının təşkilatçılığı ilə 22-24 fevral tarixlərində Məkkədə keçiriləcək "Terrorizmlə mübarizə" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

30-dan artıq müsəlman dövlətinin din, elm və ictimai xadimlərinin qatılacagı tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti