...

Təhsil Nazirliyi: Elmi dərəcəsi olan alimlərin yarıdan çoxu təhsil sistemində çalışır

Cəmiyyət Materials 14 May 2015 13:34 (UTC +04:00)
Azərbaycanda son illər ali təhsilli insanların elmə marağı artıb. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqələrin qalib layihələrinin təqdimatı mərasimində çıxış edərkən deyib.
Təhsil Nazirliyi: Elmi dərəcəsi olan alimlərin yarıdan çoxu təhsil sistemində çalışır

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycanda son illər ali təhsilli insanların elmə marağı artıb. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqələrin qalib layihələrinin təqdimatı mərasimində çıxış edərkən deyib.

Nazirlik rəsmisi deyib ki, hazırda ölkədə 160 min tələbənin təhsil aldığı 54 ali təhsil müəssisəsi var: "Hazırda doktoranturada 2070 nəfər təhsil alır. Ölkənin müxtəlif universitet və elmi təşkilatlarında 32 mindən çox insan elmi tədqiqatla məşğul olur. Onların 9579 nəfəri fəlsəfə doktoru, 2251 nəfəri elmlər doktorudur. Bu, böyük alimlər ordusu deməkdir. Elmi dərəcəsi olan alimlərin yarıdan çoxu təhsil sistemində çalışır".

Y.Piriyev bildirib ki, elmi potensialın qorunub saxlanması, habelə gənc elmi və elmi-pedaqoji kadrların hazırlanması qarşıda duran ən vacib məsələlərdəndir. Onun sözlərinə görə, TN 2014-cü ildən etibarən ali təhsil pilləsində istedadlı gənclərin yaradıclıq potensialının inkişafı, elm və təhsilə marağının artırılması üçün təhsildə yüksək nəticələri ilə fərqlənən gənclərdən ibarət "SABAH" qruplarının yaradılmasına başlayıb: "Azərbaycanda 17 ali məktəbin 750 tələbəsinə bu qruplarda təhsillərini davam etdirmək imkanı verilib. Bu proses davamlı xarakter alacaq və hər il " SABAH" qruplarının sayı durmadan artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti