...

Arzu Nağıyev: Azərbaycanın Beynəlxalq Mətbuat Konqresində təmsil olunması milli mətbuatın inkişaf göstəricisidir (VİDEO)

Cəmiyyət Materials 8 İyun 2015 13:49 (UTC +04:00)
Vaşinqtonda keçirilən 67-ci Beynəlxalq Mətbuat Konqresində Trend Beynəlxalq İnformasiya Agentliyinin və AZERNEWS qəzetinin iştirakı Azərbaycanda mediasının inkişafı səviyyəsinin göstəricisidir.
Arzu Nağıyev: Azərbaycanın Beynəlxalq Mətbuat Konqresində təmsil olunması milli mətbuatın inkişaf göstəricisidir  (VİDEO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Vaşinqtonda keçirilən 67-ci Beynəlxalq Mətbuat Konqresində Trend Beynəlxalq İnformasiya Agentliyinin və AZERNEWS qəzetinin iştirakı Azərbaycan mediasının inkişaf səviyyəsinin göstəricisidir.

Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev beynəlxalq tədbirlə bağlı ANS televiziyasına açıqlama verərkən deyib.

A.Nağıyev Beynəlxalq Mətbuat Konqresində iştirakın məqsədləri barədə də danışıb: "Əsas məqsədimiz Dağlıq Qarabağ problemi ilə bağlı reallıqları, həqiqəti dünyaya çatdırmaq, bu məlumatları "Finacial times", "Washington Post" "France-Presse" kimi dünyanın aparıcı KİV-ləri, media nümayəndələri ilə bölüşmək, onlarla qarşılıqlı fikir mübadiləsi aparmaq idi".

Qeyd edək ki, Konqresdə dünyanın 80 ölkəsindən min nəfərdən çox media nümayəndəsi iştirak edib.

Tədbirdə menecment, media qarşısında duran biznes məsələləri, həmçinin yeni biznes modelləri və gəlir mənbələri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti