...

Tovuzda toya hazırlaşan ailəni xoş gün yox, zəlzələ həyəcanlandırıb (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2015 17:20 (UTC +04:00)
Tovuzda toya hazırlaşan ailəni xoş gün yox, zəlzələ həyəcanlandırıb.
Tovuzda toya hazırlaşan ailəni xoş gün yox, zəlzələ həyəcanlandırıb (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Tovuzda toya hazırlaşan ailəni xoş gün yox, zəlzələ həyəcanlandırıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün Şəkidə baş verən zəlzələ qərb bölgəsində aydın hiss olunub. Belə ki, Tovuz rayonunun Ağdam kəndində toy şənliyinə hazırlaşan sakinlər zəlzələ zamanı daha çox həyacanlanıblar. Təbiət hadisəsi zamanı 60 yerlik kənd bağçasında çatlar yaranıb, binanın müxtəlif hissəsindən daş parçaları qopub düşdüyündən bağçanın işi dayandırılıb və uşaqlar valideynlərinə təhvil verilib.

İki dəfə baş verən güclü titrəyiş zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Kənd sakini Qalib Bağırovun yaşadığı evdə də zəlzələ iri çatlar yaradıb. Onlar qonşuluqda toy mağarında olduğundan hər hansı zərər görməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti