...

Bakı sakinləri aviaqəzada ölənlərin xatirəsini yad etmək üçün Rusiya səfirliyinə gül dəstələri gətirirlər (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2015 16:16 (UTC +04:00)
Bakı sakinləri Rusiyanın sərnişin təyyarəsinin Misirdə qəzaya uğrması nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədilə Rusiyanın Azərbaycandakı səfirliyinə gül dəstələri gətirirlər.
Bakı sakinləri aviaqəzada ölənlərin xatirəsini yad etmək üçün Rusiya səfirliyinə gül dəstələri gətirirlər (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bakı sakinləri Rusiyanın sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədilə Rusiyanın Azərbaycandakı səfirliyinə gül dəstələri gətirirlər.

Səfirliyin fasadı yanında gül dəstələri, başsağlığı yazıları qoyulub. İnsanlar diplomatik missiyanın binasının yanına çıraqlar qoyurlar.

Qeyd edək ki, oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" təyyarəsinin Sinada qəzaya uğraması nəticəsində göyərtədə olan 217 sərnişin və 7 ekipaj üzvü həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti