...

Dinlə bağlı tədbir bu dəfə cəzaçəkmə müəssisələrində keçirilib

Cəmiyyət Materials 11 Dekabr 2015 17:54 (UTC +04:00)
12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib.
Dinlə bağlı tədbir bu dəfə cəzaçəkmə müəssisələrində keçirilib

Bakı. Elmir Murad - Trend:

12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində "Dinimiz mənəviyyatımızdır" mövzusunda tədbirlər keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hər iki tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev iştirak ediblər.

Tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki R.Ramazanov hazırda dünyada baş verən prosseslər barədə məlumat verib, İslamın sülh dini olduğunu, terrora heç bir aidiyyatı olmadığını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini S.Heydərov ölkəmizdə dinə münasibətin yüksək səviyyədə olmasını və Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin "Dinimiz mənəviyyatımızdır" kəlamını yada salaraq, bildirib ki, ibadət edən hər kəs milli kimliyini unutmamalıdır. Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, məscidlər, sinoqoqlar, kilsələr tikilir, təmir olunur. S.Heydərov təəssüflə qeyd edib ki, bəzi qüvvələr İslamı terrorçu din kimi təbliğ edərək öz məqsədlərinə nail olmaq istəyirlər.

Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev çıxış edərək, son vaxtlar İslam ölkələrində baş verən hadisələrdən danışıb. Hər üç tədbirin sonunda müəssisə rəisləri çıxış edərək, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti