...

Azərbaycanlı gimnast Bakıda Dünya Kubokunda dayaqla tullanmada finala çıxıb

Cəmiyyət Materials 19 Fevral 2016 14:42 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə azərbaycanlı gimnast Mariya Smirnova dayaqla tullanmada finala çıxıb.
Azərbaycanlı gimnast Bakıda Dünya Kubokunda dayaqla tullanmada finala çıxıb

Bakı. Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə azərbaycanlı gimnast Mariya Smirnova dayaqla tullanmada finala çıxıb.

Onun iki cəhdin yekunu üzrə göstəricisi 13,150 bal təşkil edib.

Qeyd edək ki, təsnifatda birinci nəticəni (14,750 bal) Olimpiya çempionu Oksana Çusovitina (Özbəkistan) göstərib.

Təsnifatın yekunları üzrə Özbəkistanın daha bir nümayəndəsi və Sloveniya, Braziliya, Avstriya və Macarıstan təmsilçiləri finala çıxıblar.

Digər azərbaycanlı gimnast Marina Nekrasova bu final üçün ikinci ehtiyat idmançıdır.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku 19-21 fevral tarixlərində 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparacaq, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edəcək.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti