...

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində anım tədbirləri (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 15:44 (UTC +04:00)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs saatları Xocalı soyqırımına həsr edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində anım tədbirləri (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs saatları Xocalı soyqırımına həsr edilib.

ADNSU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tələbələr ilk dərslərdə dünyanı Xocalı soyqırımını tanımağa, erməni separatçılarının Azərbaycanda apardıqları işğalçılıq siyasətini pisləməyə səsləyiblər.

Universitetin Xocalı soyqırımına həsr olunan tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının dünyada tanıdılması və pislənilməsi üçün müxtəlif aksiya və tədbirlər həyata keçirilir. Hər bir fakültədə soyqırım qurbanlarının xatirəsini anan fotostendlər hazırlanır, ilk dərs saatlarında tələbələrə Xocalı soyqırımı ilə bağlı məlumatlar verilir. Xocalı soyqırımı ilə bağlı internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil edilib. Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirilir, tamaşalar hazırlanır, sənədli və bədii filmlərin nümayişi təşkil olunur.

ADNSU tələbələri və əməkdaşlarının Xocalı faciəsinin 24 illiyi ilə əlaqədar keçirdikləri anım tədbirləri auditoriyalarda baş tutan oturaq aksiyalarla davam edir. Xarici ölkə vətəndaşları olan tələbələrə erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri insanlığa sığmayan vəhşiliyini əks etdirən filimlər nümayiş olunub. Erməni vandalizmi pislənilib. Tezliklə torpaqlarımızın işğaldan azad olunması tələbi ilə dünya birliyi Azərbaycanda törədilən soyqırımlara biganə qalmamağa çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti