...

Əli Əhmədov: Azərbaycan milli təhlükəsizlik baxımından dərman istehsalını təşkil etməlidir

Cəmiyyət Materials 16 Mart 2016 18:26 (UTC +04:00)
Azərbaycanda dərman vasitələrinin istehsalı ilə bağlı araşdırmalar aparılıb.
Əli Əhmədov: Azərbaycan milli təhlükəsizlik baxımından dərman istehsalını təşkil etməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dərman vasitələrinin istehsalı ilə bağlı araşdırmalar aparılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov hesab edir ki, bu araşdırmaların nəticəsi olaraq, Azərbaycanda dərman istehsalına başlanılacaq: "Azərbaycanda dərman istehsalına böyük ehtiyac və zərurət var. Azərbaycanda satılan dərman vasitələrinin böyük əksəriyyəti başqa ölkələrdən gəlir. Bu, bir tərəfdən Azərbaycandan valyutanın kənara axması deməkdir, digər tərəfdən isə bütövlükdə milli təhlükəsizlik baxımından Azərbaycanın özünün dərman istehsalını təşkil etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti