...

"Azərbaycan multikulturalizmi" fənni üzrə monitorinqlərə start verildi (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2016 12:20 (UTC +04:00)
"Azərbaycan multikulturalizmi" fənni üzrə monitorinqlərə start verilib.
"Azərbaycan multikulturalizmi" fənni üzrə monitorinqlərə start verildi (FOTO)

Bakı. Trend:

"Azərbaycan multikulturalizmi" fənni üzrə monitorinqlərə start verilib.

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrası, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənləri üzrə monitorinqlərə start verilib.

Bu barədə Trend-ə BSU-nun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Nəqliyyat fakültəsində təhsil alan tələbələr arasında keçirilən ilk monitorinqi AMİU-nun İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova aparıb.

BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova və Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzinin nümayəndəsi Aytən Məmmədova tələbələr arasında anonim sorğu keçiriblər.

Monitorinq zamanı tələbələrə "Dini müxtəliflik və multikulturalizm" mövzusunda mühazirə oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti