...

Qaradağda Milli Mətbuat günü münasibəti ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyul 2016 18:53 (UTC +04:00)
İyulun 21-də 22 iyul - Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.
Qaradağda Milli Mətbuat günü münasibəti ilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 21-də 22 iyul - Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, “Azərbaycan”, “Xalq”, “Respublika”, “İki Sahil”, “Yeni Azərbaycan”, “Kaspi”, “Müsavat” və digər qəzetlərin, “AzərTac”, Trend , “Səs” İnformasiya agentliklərinin, Az.TV, İctimai, ATV, Xəzər, Lider televiziya kanallarının, “Day.az” və digər saytların əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Milli mətbuatımızın yaranmasından 141 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edib. O, qeyd edib ki, 141 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.

S.Mikayılov Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğulayıb. Bu gün də Prezidentimiz İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.

Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti