Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Kürdəmir rayonunda Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.
Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəbul Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Bakı prospekti, 18 ) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.