...

Gürcüstan DİN: Dənizə düşən deltaplanla İran və Ukrayna vətəndaşları uçub

Cəmiyyət Materials 5 Noyabr 2017 19:15 (UTC +04:00)
Gürcüstanın Batumi şəhərində Qara dənizə düşən deltaplanla Ukrayna və İran vətəndaşları uçub.
Gürcüstan DİN: Dənizə düşən deltaplanla İran və Ukrayna vətəndaşları uçub

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində Qara dənizə düşən deltaplanla Ukrayna və İran vətəndaşları uçub. Trend-in "Qruziya Onlayn"a istinadən verdiyi məlumata əsasən, bunu Gürcüstan DİN-in Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti bildirib.

Daha öncə deltaplanla Azərbaycan və Ukrayna vətəndaşlarının uçduğu bildirilirdi.

"Aparat 15 metr yüksəkliyindən Batumi yaxt-klubunun sahilinin yaxınlığında düşüb. Hadisə bu günün ikinci yarısında baş verib", - deyə məlumatda bildirilir.

Hadisənin rəsmi səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti