...

Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub (ÖZƏL)

Cəmiyyət Materials 4 İyul 2018 09:54 (UTC +04:00)
“Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.
Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

“Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.

Bunu özəl olaraq Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib: "Hazırda ölkədə elektrik enerjisi təminatı stabildir. Son hadisə göstərdi ki, “Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti