Bakı. Taleh Mursaqulov - Trend:
Avropanın ən böyük polimetal yatağı "Filizçay"da həyata keçirilən işlərdən təxminən 10 milyard manat gəlir əldə ediləcək.
Trend-in məlumatına görə, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, əvəllər bu yatağın işlənməsindən gəlirlərin 6 milyard manat olduğu deyilirdisə, son tədqiqatlar vəsaitin çox ola biləcəyini göstərib.
QSC sədrinin sözlərinə görə, yataqda mis, qurğuşun, sink və gümüş ehtiyatları mövcuddur.
Qeyd edək ki, ilkin qiymətləndirmə sənədinin işlənməsi “SRK Consulting” beynəlxalq konsaltinq şirkətinə tapşırılıb.