...

Ötən il pensiya ödənişlərinə əvvəlki ildən 234,7 milyon manat çox vəsait xərclənib

Cəmiyyət Materials 16 Yanvar 2019 15:25 (UTC +04:00)
Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib
Ötən il pensiya ödənişlərinə əvvəlki ildən 234,7 milyon manat çox vəsait xərclənib

Bakı. Trend:

Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğısı, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan Fərman və Sərəncamlar nəticəsində 2018-ci ildə də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib.

Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin məbləği isə 10 faiz artıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Milli Qəhrəmanları üçün təqaüdünün məbləği 15 faiz artırılaraq 1500 manata çatdırılıb.

Qeyd olunan istiqamətlər üzrə ayrılan vəsaitlərdə də artım özünü göstərib: 2018-ci ildə əmək pensiyaları üzrə ödənişlərə əvvəlki illə müqayisədə 234,7 mln. manat çox olmaqla 3 523,2 mln. manat, sosial müavinət və təqaüdlərə isə 58,2 mln. manat çox olmaqla 428,8 mln. manat vəsait xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti