...

Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib

Cəmiyyət Materials 3 Fevral 2019 09:46 (UTC +04:00)
Nazirlər Kabineti “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nda dəyişiklik edib.
Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"nda dəyişiklik edib.

Trend-in məlumatına görə, Qaydada 1.9-cu bənd yeni redaksiyada verilib.

Yeni varianta əsasən, fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı
barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə
mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları var.

Bu bəndin əvvəlki variantında belə qeyd edilib ki, fiziki və hüquqi şəxslərin yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və müvafiq bələdiyyələrdən məlumat almaq hüququ var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti